AZAL-dan ayrılan Aleksandr Şemonayev “Xəzər Lənkəran”la razılığa gəlməmiş, “Simurq”la bütün detallarda ortaq məxrəıcə gəlibmiş.
İdmanxeber.com-a Zaqatala klubunun mətbuat xidmətindən verilən məlumata görə, Şemonayevin sadəcə dünən axşam müqavilə imzalaması qalırmış. Lakin futbolçu ailə problemlərini əsas gətirərək Gürcüstana yollanıb. Bundan sonra isə futbolçu XL-in cavabını müsbətləndirərək, “Simurq”u aldadıb.
Zaqatala klubunun rəsmiləri Şemonayevlə əlaqə saxlayaraq məsələni dəqiqləşdirdikdən sonra, futbolçu ilə danışıqları dondurublar.