26 Fevral 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın yeni transferləri “Qəbələ”yə qarşı oynaya biləcəkmi? – AÇIQLAMA

Topaz Premyer Liqasının V turu çərçivəsində keçiriləcək "Qəbələ" – "Xəzər Lənkəran" matçında cənubluların yeni transferləri Edu Oriol və Deyvid Sakkoni bu oyunda çıxış edə bilməyəcək.

Bu barədə İdmanxeber.com-a "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib. O,  yeni transferlər Qəbələyə aparılsa da, bu oyunda oynamayacaqlarını deyb. Bu futbolçular yalnız növbəti turda meydana çıxa bilərlər.

Qeyd edək ki, avqustun 31-də "Qəbələ" şəhər stadionunda keçiriləcək oyun saat 18:00 başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43