27 Fevral 2024
Milli komanda

Xorvatiya – Azərbaycan matçına nə qədər bilet satılıb?

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Xorvatiya – Azərbaycan matçına bilet satışı davam edir.

İdmanxeber.com-un məlumatına görə, Osiyek şəhərində baş tutacaq matça 11 min bilet satılıb.

Qeyd edək ki, oyun “Qradski” stadionunda keçiriləcək. Bu arena 19 min azarkeş tutumuna malikdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43