Milli komanda

Xorvatiya – Azərbaycan oyununu canlı yayımlayacaq telekanallar

“Avro-2016″nın seçmə mərhələsi çərçivəsində millimiz bu gün Xorvatiya ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, Osiyekdə baş tutacaq matçın yayım hüququ İctimai TV-dədi. 

Beləliklə, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmanı İctimai TV canlı yayımla azarkeşlərə təqdim edəcək.

Rusiyanın Sport 1, Xorvatiyanın CR 1kanalları da matçı canlı yayımlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43