Almaniyanın “Ayntraxt” klubunda forma geyinən Ante Rebiç “Hoffenhaym”a qarşı keçirilən oyunda dizindən zədələnib.
Xorvatiya millisinin baş məşqçi Zlatko Daliç ölkə mətbuatına etdiyi açıqlamada onun durumunun hələ dəqiqləşmədiyini və Xorvatiya millisinin qarşıdakı oyununda olub-olmayacağının bəlli olmadığını bildirib.
Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.