Dünya futbolu

Messi üçün görülməmiş müqavilə – “ona toxunulmayacaq”

Argentina Futbol Federasiyası Mərakeşlə qarşılaşacaqları yoxlama oyunu üçün qarşı tərəflə maraqlı bir müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, müqaviləyə əsasən mərakeşli futbolçular Messiyə qarşı çox diqqətli olacaq və ona sərt müdaxilələr etməyəcək. Bununla yanaşı oyundan sonra nə oyunçular, nə də azarkeşlər ulduz futbolçu ilə şəkil çəkdirə bilməyəcəklər. Hətta federasiya tələb edib ki, Argentina yığmasının hansı oteldə məskunlaşacağı da gizli qalacaq.

Bütün bunlarla razılaşan Mərakeş federasiyasının isə tək bir tələbi olub. O da Messinin ən azı 60 dəqiqə meydanda qalması.

Qeyd edək ki, qarşılaşma martın 26-da oynanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43