Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Zaqreb “Dinamo”sunun ispaniyalı hücumçusu Dani Olmonu yığmaya dəvət etmək niyyətindədi.
Xorvatiyalı mütəxəssis Mandzukiçin millidən ayrılamasının ardından hücum xəttini 21 yaşlı oyunçu gücləndirəcək. Məsələ ilə bağlı ölkə başççısı ilə də görüşən Z.Daliç oyunçunun milliləşdirilməsində bir əngəl olmadığını bildirib.
Qeyd edək ki, 21 yaşlı Dani Olmo “Barselona”nın yetirməsidir.
Xorvatiya millisi sentyabrın 9-da Bakıda Azərbaycanla qarşılaşacaq.