Ölkə futbolu

“Xoşbəxtik, hər şey özümüzdən asılıdır” – Renduliç

“Oyunçularımı təbrik edirəm. Fantastik oynadılar. Bütün güclərini qoyub, qələbə qazandılar. Üç xala layiq idik. İlk dəqiqədən sona qədər yaxşı olan tərəf biz idik. Əlbəttə, təzyiq altında olanda oynamaq asan deyil. Nəyə görə təzyiq altında idik? Məqsədimiz var və bu, ikincilikdir. Futbolçularım bu gün cavablarını inanılmaz verdilər” 

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırarkən deyib.

Xorvatiyalı mütəxəssis daha sonra sözlərinə belə davam edib:

“Xoşbəxtik, hər şey özümüzdən asılıdır. Qələbə qazansaq, avrokuboklara gedəcəyik. Üç xal üçün əlimizdən gələni edəcəyik. İki ay əvvəl Avropaya vəsiqə verən yerdən uzaq idiik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43