22 Oktyabr 2024
Kateqoriyasız

Yannik Kaytel: “Qarabağ”a qalib gəlmək istəyirik”

“Frayburq”un futbolçusu Yannik Kaytel Avropa Liqaaının qrup mərhələsinin VI turunda “Qarabağ”a qarşı keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında fikirlərini bildirib.

İdmanxeber.az xəbər verir ki, o, sabahkı oyun barədə bunları deyib:

“Azərbaycana getdiyim üçün çox sevinirəm. Qarşılaşmaya ciddi yanaşacağıq. Bakıdakı matçda qələbə qazanmaq istəyirik. “Qarabağ”ı tanımırdım. İlk oyunda da iştirak etməmişəm. Rəqib hücumda çox yaxşı oynayır. Sabahkı matçı maraqla gözləyirəm”.

Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43