22 Dekabr 2024
Ölkə futbolu

Yaxşı təklif almadı, 28 yaşında karyerasını bitirdi – Azərbaycanda

Azərbaycanlı futbolçu Kərim Diniyev 28 yaşında karyerasını bitirib.

İdmanxeber.az xəbər verir ki, son olaraq “Şamaxı”da çıxış edən futbolçu bu klubdan ayrıldıqdan sonra başqa komandalardan cəlbedici təklif almadığından bu qərara gəlib.

“Neftçi”, “Sumqayıt”, AZAL, “Kəpəz”, “Səbail”, “Sabah”, “Zirə” və “Şamaxı”da çıxış etmiş müdafiəçi Azərbaycanın U-21 yığmasında 4 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43