Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub.
İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, zədəli olduğu üçün Mehrac Baxşəliyev (“Qəbələ”) toplanışa qatılmayıb. Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya) isə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.