Topaz Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran” öz meydanında “Neftçi”ni qəbul edib.
İdmanxeber.com-un məlumatına görə, matç qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatdı.
Oyundan sonra meydan sahiblərinin çalışdırıcı Yunis Hüseynov bunları deyib:
“Oyun gərgin keçdi. Belə oyunlar həmişə gərgin olur. Birinci hissədə pis oynamadıq. İkinci hissədə olan səhvlərdən qol buraxdıq. Rəqib bizə qarşı aqresiv oyun göstərdi. Komanda da intizamsızlığın olduğu fikri ilə razılaşmıram. “Neftçi” Lənkəranda qalib gəlməsini bayram etməlidi. “Neftçi”nin bizdən güclü oynamasını deməzdim. Sadəcə səhvlərdən qol buraxdıq. Zədəli futbolçularımız çox idi. Qışa qədər bu heyətlə mübarizə aparmalıyıq. Həm də futbolçularn təcrübələri yoxdu. Biz heç bir cəhətdə rəqibə uduzmadıq. Sadəcə rəqib futbolçular fərdi ustalıqlarındna istifadə edib qollarını vurdu. Azarkeşlərlə dialoqlarımız olub. Məğlubiyyətə görə azarkeşlərdən şəxsən üzr istəyirəm. Bu gün də axra qədər dəstəklədilər. Amma bunu futboçular başa düşməli və iki qat güclü oynamalıdılar. Maliyyəyə gəlincə, bizdə elə də böyük problem yoxdu”