“Oyun ağır keçdi. “Xəzər Lənkəran” və “Sumqayıt” komandalarının görüşü həmişə çətin alınır. Biz qalib gəlmək istəyirdik və bunun üçün imkanlarımız da vardı. Futbolçular döyüşdülər və mən komandamdan razı qaldım”.
İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının ikinci turunda “Sumqayıt”la bərabərə qaldıqları matçdan (1:1) sonra deyib.
Təcrübəli çalışdırıcı çatışmazlıqların təcrübəsizlikdən qaynaqlandığını bildirib:
“Qarşıda bizi “Rəvan”la ağır oyun gözləyir. Gənclər mübarizə aparırlar, amma onlardan hələ ki, tam razı deyiləm. Öz üzərlərində işləməlidirlər”.