“Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov oyundan sonra matçla bağlı fikirlərini bildirib.
İdmanxeber.com-un məlumatına görə, Lənkəran klubunun çalışdırıcısı bunları deyib:
“Bu oyunda qələbə qazanmaq istəyirdik. Bilirdik ki, çətin olacaq. Çünki bizdə hamısı gənclərdi. Ehtiyatımızda 17-18 yaşlı uşaqlardı. Bugünkü oyunda iki qırmızı vərəqəmiz oldu. Bu da komandamızın oyununa istər-istəməz təsir edir. Bu da sırf təcrübəsizlikdən irəli gəlir”.
Çalışdırıcı daha sonra qırmızı vərəqələrdən danışıb:
“Bilirsiniz ki, sentyabrda yeni transferlərimiz bizə qoşulacaq. Skarlatake və Elşən Rzazadə qırmızı vərəqə almasaydı daha yaxşı olardı. Ancaq “Qarabağ”la oyunlarda onlar oynamasa da, yeni transferlərimiz oynaya biləcək”.