Türkiyə millisinin heyəti açıqlanıb.
Heyətdə gözlənilmədən Nuri Şahin yer almayıb. Yığmanın baş məşqçisi Fatih Terim açıqlama verərək məsələyə aydınlıq gətirib.
O bildirib ki, “Borussiya”nın baş məşqçisi Yurgen Klopp ona zəng edərək Nuri Şahinin qarşıdakı iki yoldaşlıq oyununa çağırılmamasını xahiş edib. Terim isə Kloppu anlayışla qarşılayaraq, onun xahişini nəzərə alıb.
Buna səbəb, “Borussiya”nın “Bavariya” ilə çətin oyunlarının olmasıdır.