Premyer Liqanın 33-cü turu çərçivəsində “Qəbələ” səfərdə “Neftçi”ni məğlub edərək, 4-cü yerə olan iddiasını davam etdirib.
İdmanxeber.com-un məlumatına görə, əyalət klubunun çalışdırıcısı qalib gəldikləri oyunlar bağlı bunları deyib:
“Gərgin oyun oldu. “Neftçi”yə əvvəlki oyunlarda məğlub olmuşduq. Turnir cədvəli baxımından bu gün qalib gəlmək vacib idi. Oyunun sonluğunu yaxşı bitirdik. Rəqibin oyunçusu Karlos Kardoso ilə problem yaşamadım, futbolda belə şeylər olur. Kubokun finalına hələ çox qalıb. Ayın 7-də növbəti çempionat oyunumuz var, hazırda onu düşünürəm. Rəqiblə bu mövsüm artıq 4 dəfə qarşılaşmışıq, bir-birimizdən gizlətməli heç nəyimiz yoxdur. Gözəl oyun olacaq, əsas odur ki, azarkeşlər tribunaları doldursun. Mənim istefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb. Müqaviləmiz var, rəhbərliklə normal münasibətdəyik, işimə davam edirəm”.