Dünya futbolu

“Yuventus” “Bavariya” ilə razılaşmır

“Yuventus” “Bavariya” ilə razılaşmır.

İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi Duşan Vlahoviç üçün qarşı tərəfdən 90 milyon avro tələb edir. Serbiyalı hücumçu baş məşqçi Tomas Tuxelin israrla istədiyi futbolçudur. 

“Bavariya” 23 yaşlı oyunçu üçün 55-60 milyon vermək niyyətindədi. Tərəflər arasında danışıqlar davam etdiri bildirilir. 

Vlahoviç bu mövsüm A Seriyasında 23 oyunda 10 qol vurub. 23 yaşlı futbolçunun statistikası burada.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43