Dünya futbolu

“Arsenal” fransalı ilə anlaşa bilmir

“Arsenal”ın müdafiəçisi Uilyam Saliba bu yay klubu tərk edə bilər.

İdmanxeber.az-ın məlumatına görə, klub 22 yaşlı fransalı ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilmir. Buna səbəb oyunçunun maaşının artılrlmasını tələb etməsidir.

Tərəflər razılaşmasa, o zaman “Arsenal” müdafiəçini transferə çıxara bilər. “Topçular”ın baş məşqçisi Mikel Arteta Salibanı vacib oyunçu kimi görür və onu komandada saxlamaq istəyir.

2022/23 mövsümündə Saliba komandanın heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43