Dünya futbolu

“Məni Çempionlar Liqası üçün transfer ediblər” – Haaland

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland komandanın hədəflərindən danışıb.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa çempionluğunu qazanan “şəhərlilər”  Çempionlar Liqası və İngiltərə Kubokunun da finalına vəsiqə qazanıblar. Norveçli futbolçu hədəflərinin hər iki titulu da qazanmaq olduğunu açıqlayıb:

“Çempionlar Liqasını almaq istəyirik. Açığı, məni də bu titul üçün transfer ediblər. Bunu gizlətməyə ehtiyac yoxdur. Qalib olmaq üçün əlimdən gələni edəcəyəm. Bu, ən böyük arzumdur və ümid edirəm ki, xəyallarım gerçəkləşəcək.

Təbii ki, asan deyil. Qaazanmaq üçün hər şeyi edəcək iki yaxşı komanda finaldadır. Onlar motivasiyalı olacaqlar. Biz isə əlimizdən gələnin ən yaxşısını etməliyik”.

“Mançester Siti” iyunun 3-də İngiltərə kubokunun finalında “Mançester Yunayted”lə, iyunun 10-da isə Çempionlar Liqasının həlledici oyununda “İnter”lə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43