21 Oktyabr 2024
Dünya futbolu

“Yuventus” Kyezanı sata bilər

“Yuventus” yayda Federiko Kyezanı sata bilər.

İdmanxeber.az-ın məlumatına görə, “qoca sinyora” 26 yaşlı vinger müqaviləsini uzatmasa, onunla yollarını ayırmağı düşünür.

Kyeza gedərsə, “Yuventus” onun boşluğunu Albert Qudmundsson və ya Ciakomo Raspadoriylə dolduracaq.

Kyeza 2020-ci ildən Turin klubunda çıxış edir. O, bu mövsüm A Seriyasında 21 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43