“Sassuolo” ilə matçda (3:1) zədələnən “Yuventus”un futbolçusu Paulo Dibalanın zədəsi ciddidir.
İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı hücumçunun sol diz bağında zədə aşkarlanıb. Argentinalı oyunçunun bərpa müddətinin təxminən 15-20 gün çəkəcəyi bildirilib.
Onun “İnter”lə matçı buraxacağı dəqiqləşib.