20 Sentyabr 2024
Dünya futbolu

“Yuventus” və PSJ Salahla maraqlanır

“Yuventus” və PSJ “Liverpul”un hücumçusu Mohamed Salahla maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, turinlilər və parislilər təcrübəli hücumçu axtarır və 32 yaşlı misirlinin onların oyununa tam uyğunlaşacağına inanırlar.

Daha əvvəl hücumçu “Liverpul”dan ayrılmağı düşündüyünü bildirmişdi.

Salah 2017-ci ildən İngiltərə klubunda çıxış edir. Onun “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatır. Forvard mersisaydlıların heyətində 352 oyun keçirib, 214 qol vurub və 92 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43