20 Sentyabr 2024
Dünya futbolu

“Yuventus”dan ayrıldı, “Liverpul”a keçir

“Yuventus”un yarımmüdafiəçisi Federiko Kyesa karyerasını “Liverpul”da davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, futbolçunun özü də İngiltərədə oynamaq niyyətindədir. Müqavilə məsələlərində heç bir problemin olmayacağı qeyd edilir.

Kyesa 2022-ci ilin yayından Turin komandasında çıxış edir. O, komandanın heyətində 131 oyun keçirib, 32 qol vurub və 23 məhsuldar ötürmə edib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43