“Yuventus”un prezidenti Andrea Anyelli Bakıya gəlib.
İdmanxber.az-ın məlumatına görə, Turin klubunun başçısı Avroliqanın paytaxtımızda keçiriləcək final matçını Bakı Olimpiya Stadionundan canlı izləyəcək.
İtaliyanın “Tuttusport” nəşrinin yaydığı məlumatda bildiilir ki, “Yuve”nin prezidentinin paytaxtımıza gəlişinin səbəbi tam fərqlidi. Belə ki, o, “Çelsi”nin baş məşqçisi Mauritsio Sarri ilə görüşmək üçün ölkəmizə təşrif buyurub.
“Çelsi”nin prezidenti Bryus Barkın da iştirak etdiyi görüşdə Sarrinin “Yuventus”a keçmək məsələsi müzakirə olunub. İddiaya görə, Turin klubu Sarri ilə 3 illik müqavilə ilə bağlı razılıq əldə edib.