İdman Araşdırmalar Mərkəzi (İAM) və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında mini-futbol üzrə Zəfər Kubokunun keçirilməsi üçün Təşkilat Komitəsi yaradıb.
İdmanxeber.az xəbər verir ki, Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, “Kəhriz su”nun tərəfdaşlığı, “Report” agentliyinin informasiya dəstəyi ilə baş tutacaq yarışın Təşkilat Komitəsində beynəlxalq dərəcəli hakim, “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov, veteran futbolçu Novruz Əzimov, futbol agenti Səbuhi Səfiyarlı və idman jurnalisti Mehman Süleymanov yer alıb.
Məqsəd Zəfər Kubokunun yüksək səviyyədə təşkili və yarışla bağlı məsələlərin həllinə dəstək olmaqdan ibarətdir.
Turnirə jurnalistlərin böyük marağını nəzərə alaraq, baş sponsor ETOPAZ-la məsləhətləşmələrdən sonra komanda sayının artırılması qərara alınıb. İştirakçı komandaların ümumi sayı və yarışın Əsasnaməsi, püşkatmanın vaxtı barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Zəfər Kuboku 4 may – 19 iyunda keçiriləcək.