“Mənə Rumıniyadan yaxşı təklif gəldi və ailəmi də nəzərə alaraq, Rumıniyaya qayıtdım”.
Bu sözləri idmanxeber.com-a açıqlamasında “Simurq”dan ayrılan Raul Kostin deyib.
Ölkəsinin “Kluj” klubu ilə müqavilə bağlayan Kostin Zaqatala klubundan öncə zəng gözlədiyini deyib, daha sonra sözləırini təkzib etdi:
“Mənə “Simurq”dan heç kim zəng vurmadı. Ola bilər ki, mən onları oyunçu kimi qane etmədim. Mənə “Kluj”dan başqa da təkliflər var idi. Sadəcə “Simurq” mənim üçün yeni təcrübə idi. Orada etdiyimdən daha çoxunu etmək istəyirdim.
Düzünə qalsa onlardan zəng gözləmirdim. Yəqin ki, onların planlarına daxil deyiləm. “Simurq”a da uğurlar arzulayıram”.