Az öncə yekunlaşan “Simurq” – “Xəzər Lənkəran” oyununun 80-cı dəqiqəsində qonaqların qapıçısı Orxan Sadıqlı Zaqatala klubunun futbolçusu Salif Ballo ilə ikili mübarizədə yerdə qalıb.
İdmanxeber.com-a verilən məlumata görə, nəticədə zədəsi ciddi olan Orxan yerini Tomiçə buraxıb və dərhal xəstəxanaya aparılıb.
Həkim müayinəsindən sonra Orxan Sadıqlının zədəsinin ciddi olmadığı aşkarlanıb və o, hazırda klublar birgə Zaqatalanı tərk edib.