Fransada həvəskar futbolçular yardım kompaniyası üçün 73 saat fasiləsiz oyun oynadılar və rekorda imza atdılar.
İdmanxeber.com-un məlumatına görə, Fransanın Kerbaç bölgəsində baş tutan qarşılaşma dünyanın ən gec bitən matçı kimi tarixə düşdü Bundan əlavə həmin bu qarşılaşma 475-473 hesabı iılə bitib.
Matçl təşkil edən “Friends Association”un prezidenti Vinsent Stellatta oyunçuların 2 saat oynadıqdan sonra yerini digər futboçulara verdiyini və istirahət etdikdən sonra yenidən meydana dönərək oyunlarını davam etdiklərini bildirib.
“Krigler-Najjar” xəstəliyindən əziyyət çəkənlər üçün xeyriyyə məqsədi ilə təşkil olunan bu matç Ginnesin rekordlar kitabına düşə bilər. Çünki bundan buna kimi ən çox oynanılan oyun İngiltərədə, 72 saat olmuşdu.