Azərbaycanlı futbolçu Sertan Taşkın karyerasını ölkə xaricində davam etdirə bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, mövsümü “Zirə”də keçirən oyunçuya bir neçə klubdan təklif var. Polşanın əsas çempionatı və Portuqaliyanın ikinci liqa təmsilçiləri oyunçunu transfer etməkdə maraqlıdır.
Taşkının yaxın günlərdə karyerası ilə bağlı yekun qərarını verəcəyi bildirilir.
Qeyd edək ki, Sertanın qəsəbə təmsilçisi ilə müqaviləsi mövsüm sonu başa çatıb. O, hazırda azad agent statusu daşıyır.