Dünya futbolu

“Barselona”dan “Liverpul”a keçir

“Barselona”nın müdafiəçisi Jul Kunde karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı futbolçu “Liverpul”un maraq dairəsindədi. “Qırmızılar” fransalı futbolçunu transfer etmək üçün 50 milyon funt sterlinq ödəməlidir. 

Yaxın vaxtda tərəflər arasında danışıqların başlayacağı bildirilir.

Kunde ötən yaydan “Barselona”da çıxış edir. O, bu mövsüm La Liqada 27 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43