Premyer Liqanın 16-cı turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Sabah” bu matça ciddi itki ilə çıxacaq.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, Zurab Oçiqava cəzalı durumda olduğu üçün səfər matçını buraxmalı olacaq. Ukraynalı müdafiəçi “Qəbələ” ilə oyunda cəzalanaraq sarı kart limitini doldurub.
Qeyd edək ki, fevralın 20-də keçiriləcək “Zirə” – “Sabah” matçı saat 17:00-da başlayacaq.