Kateqoriyasız

“Zirə” Polşa klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Zirə” növbəti oyununa çıxıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Polşanın “Qurnik” klubu ilə qarşılaşıb. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan təmsilçisi matçın gedişində 2 top geri düşsə də, sonradan fərqi aradan qaldırmağı bacarıb. Komandanın heyətində Təmkin Xəlilzadə və İlkin Muradov fərqlənib.

“Zirə” ilk yoxlama görüşündə Macarıstanın “Peç” 3:5 hesabı ilə uduzmuşdu.

Yoxlama oyunu

“Zirə” – “Qurnik” (Polşa) – 2:2
Qollar: 
Təmkin XƏlilzadə, 50, İlkin Muradov, 60


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43