Azərbaycan Premyer Liqasının XVIII turunda “Sumqayıt”ı qonaq edəcək “Zirə” ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın məlumatına görə, komandanın əsas heyət üzvü Təmkin Xəlilzadə “Səbail”lə son tur matçında (1:0) cəzalı duruma düşüb. Mövsümdə 4-cü sarı vərəqəsini alan futbolçu bu turu kənardan izləməli olacaq.
Qeyd edək ki, bir müddətdi zədəli olan Felipe Paxtman və Nemanya Ancelkoviç də bu görüşdə iştirak etməyəcək.