İki gün əvvəl keçirilən AFFA Klublar Komitəsinin iclasında Premyer Liqada legioner limitinin dəyişdirilməsi və əvəzetmə sayının artırılması müzakirə olundu.
Klubların elitada komanda sayı artırılacağı təqdirdə, limitin dəyişdirilməsi ilə bağlı müxtəif fikirləri var.
“Zirə” klubunun baş meneceri Elman Himayətoğlu İdmanxeber.az-a açıqlamasında gənc oyunçu limitinin ləğv olunmasını daha məqsədəuyğun hesab edir:
“Düşünürəm ki, legioner limitinin 7+4 (7 əcnəbi, 4 yerli – red.) olması daha yaxşı olar. Təkcə biz yox, əksər klublar 21 yaşlı oyunçu limitinin ləğvini istəyir. Legioner limiti bu formada qalsa belə, futbolumuzun inkişafı üçün gənc futbolçu limitinin ləğvi daha ideal olar. Onsuz da, futbolçu hazırdırsa o, gənc olsa da, olmasa da meydana çıxacaq. Nümunə kimi bizdə Cəlal Hüseynovu göstərmək olar. Ötən mövsüm limit oyunçusu olmadığı halda Cəlal oynamaq şansı qazanırdı. Bir çox klublar bu qərarın ləğvinin tərəfdarıdı”..