Premyer Liqanın XX turunda “Sumqayıt”la qarşılaşacaq “Zirə” sözügedən matçın hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, “qartallar” zədəli olan iki legioneri – İqor İvanoviç və Dieqo Qusmaodan şad xəbər alıb. Belə ki, sözügedən futbolçular fevralın 6-da baş tutacaq matçda baş məşqçi Adil Şükürov şans verəcəyi təqdirdə meydana çıxa biləcək.
Qeyd edək ki, “Sumqayıt” – “Zirə” qarşılaşması saat 15:00-da “Kapital Bank Arena”da start götürəcək.