Dünya futbolu

Əfsanələrin “El-Klasiko”sunda “Barselona” qalib gəldi – VİDEO

Livanın paytaxtı Beyrutda “Barselona” ilə “Real” üz-üzə gəlib.

38 min azarkeşin izlədiyi oyunda İspaniya nəhənglərinin əfsanələri qarşılaşıblar. Oyun “Barselona”nın 3:2 hesablı qələbəsilə yekunlaşıb. Diqqət mərkəzində isə Ronaldinyo olub. Braziliyalı əfsanə “Barselona”nın hər 3 qolunun ötürməsini verib. Qolları isə Lüdovik Jüli (2) və Simao Sabroza vurub. “Real”dan isə Fernando Sansla Xavi Yerrero fərqlənib.

“Barselona”nın əfsanələri iyunun 30-da “Nou Kamp”da “Mançester Yunayted”in əfsanələri ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43