Dünya futbolu

Fellaini 3 oyunluq cəzalandırıldı

İngiltərə Futbol Assosiasiyası “Mançester Yunayted”in futbolçusu Maruan Fellainini cəzalandırıb.

Buna belçikalı futbolçunun “Mançester Siti” ilə Premyer Liqada 26-cı turdan təxirə salınmış derbi matçında (0:0) rəqib futbolçu Serxio Aqueronu başla vurması səbəb olub.

Bu hərəkətinə görə belçikalı yarımmüdafiəçi qırmızı vərəqə alaraq meydandan qovulmuşdu. İngiltərə Futbol Assosiasiyası 29 yaşlı futbolçunu 3 oyunluq cəzalandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43