İdman

Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat aldı

I kateqoriyalı FİFA referimiz Əliyar Ağayevə növbəti təyinat gəlib. Azərbaycanlı referi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Zalsburq” (Avstriya) – “Şkendiya” (Makedoniya) / “Şerif” (Moldova) matçını idarə edəcək. 

İdmanxeber.com-un məlumatına görə, Əliyar Ağayevin başçılıq etdiyi hakimlər briqadasında Rza Məmmədov, Zeynal Zeynalov və Orxan Məmmədov yer alacaq.

Qeyd edək ki, Əliyar Ağayev 3-cü təsnifat mərhələsinə təyinat almaqla qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində oyun idarə etmək üçün yaxşı şans əldə etmiş olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43