Ölkə futbolu

Əliyar Ağayev “Sumqayıt”a dərs keçdi

Bu gün Sumqayıtda yerləşən “Kapital Bank Arena”da Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov, FİFA referisi Əliyar Ağayev və Orxan Məmmədovun iştirakı ilə “Sumqayıt” Futbol Klubunun məşqçi, futbolçu heyəti üçün seminar təşkil edilib.

İdmanxeber.com-un məlumatına görə, tədbirdə məşqçi və futbolçulara hakim idarəçiliyi zamanı tətbiq olunan yenioyun qaydaları haqqında ətraflı məlumat verilib. Daha sonra Xəqani Məmmədov və Əliyar Ağayev futbolçuların meydanda daha sıx üzləşdikləri vəziyyətlər və qayda pozuntuları ilə bağlı sualları cavablandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43