Dünyadan

“Beşiktaş” azarkeşlərinə Kiyevdə hücum – VİDEO

Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Dinamo” – “Beşiktaş” matçından öncə “Beşiktaş” klubunun azarkeşləri Ukraynanın Kiyev şəhərində xoşagəlməz halla üzləşib.

İdmanxeber.com-un məlumatına görə, hər iki klubun azarkeşləri arasında dava düşüb. Zərərçəkənlər barədə məlumat olmasa da, türk fanatlardan birinin barmağının qırıldığı bildirilir. Azarkeşlər polis və təcili yardım gələnədək hadisə yerindən uzaqlaşıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43