İdman

Ən yeni tarix: “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində – YENİLƏNİB

Bu axşam UEFA Çempionlar Liqasında pley-pff mərhələsinin görüşlərinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, qrup iştirakçılarının bəlii olacağı futbol gecəsində təmsilçimiz "Qarabağ" ilk görüşdə evdə məğlub etdiyi "Kopenhagen" kollektivi ilə bu dəfə səfərdə qarşılaşıb Birinci görüşdə minimal hesablı üstünlük qazanan komandamız tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində iştirak etməyə haqq qazanıb. Səfərdə rəqibinə 1:2 hesabı ilə uduzan komandamız qrup mərəhləsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab görüşü
23 avqust
22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) 1:1
Qol: 
Santander, 45 (1:0), Dino Ndlovu, 63 (1:1), Pavloviç, 66 (2:1)
Baş hakim: Alberto Undiano Malyenko 
Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero
Dördüncü hakim: Dieqo Barbero Sevilla 
Kopenhagen. “Parken” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43