Dünya futbolu

Ərəblər Lorenteni də alırlar

“Əl-Əhli” Markos Lorenteni heyətinə qatmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistan klubu bu transfer üçün “Atletiko”ya (Madrid) 20 milyon avro ödəyəcək. İspaniyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Lorente 2019-cu ildən çıxış etdiyi “Atletiko”da 150 oyuna çıxıb 21 qol vurub və 23 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43