Kateqoriyasız

Ərəblər “Neftçi” önünə çıxmaqdan imtina etdilər – -ÖZƏL

Türkiyənin Bolu şəhərində hazırlıqlarını davam etdirən “Neftçi” sabah yoxlama görüşündə qüvvəsini sınamalı idi.

İdmanxeber.com-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Səudiyyə Ərəbistanının “Əl Faisali” klubu ilə qarşılaşma olan “ağ-qaralar” rəqibdən “yox” cavabı eşidiblər.  Buna səbəb “Əl Faisali”nin 4 gün bundan öncə Dinamo Tiflis”ə 0:7 hesabı ilə məğlub olmasıdı. Məhz bundan sonra ərəblər “Neftçi” önünə çıxmaqdan imtina edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43