Dünya futbolu

Əsgərovun komandası heç-heçə etdi

Futbol üzrə Latviya birinci liqasında 6-cı turun oyunları keçirilib.

Azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi “Olayne” doğma meydanda “Valmiera” ilə qarşılaşıb. Matç 1 – 1 hesablı bərabərliklə başa çatıb.

Start heyətdə meydana çıxan Vüqar 80-ci dəqiqədə əvəzlənib.

6 turdan sonra aktivində 10 xal olan “Olayne” turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43