Kateqoriyasız

Əsl faciə budu: 31 mart soyqırımı klublarımız tərəfindən unuduldu!

1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Yuxarıda qeyd olunduğu kimi dəşhətli bir faciə… Bu günü unutmaq isə olduqca çətindi. Hər halda Azərbaycan tarixinə qanla yazılmış bir səhifə… 

Ancaq unudanlar oldu. Misal üçün Premyer Liqanın az qala bütün klubları həmin bu ağır günü unutdular! Premyer Liqa klublarından sadəcə "Qarabağ" və "Neftçi" xaric 31 mart soyqırımı digərlərini heç yadına da düşmədi. Ağdam klubunun həm sosial şəbəkələrdəki rəsmi səhifələri, həm də rəsmi saytında bu haqda oxuculara məlumat verildi. "Neftçi"nin isə "facebook"dakı rəsmi səhifəsində bu haqda qeyd olunmuşdu. Lakin "Qəbələ", "Xəzər Lənkəran", AZAL, "Sumqayıt", "Simurq" və "Bakı" klublarında isə bu haqda heç bir xəbər yerləşdirilməmişdi. 

Adı çəkilən klublar bu mənəvi borcu görəsən niyə yerinə yetirməyib?

P.S.: "Xəzər Lənkəran", AZAL və "Bakı" klublarının rəsmi səhifələri gün boyu aktiv olmayıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43