Dünya futbolu

16 yaşlı hücumçu rəsmən “Real”da!

“Real” Braziliyanın “Flamenqo” klubunun futbolçusu Vinisius Juniorun transferini rəsmən açıqlayıb.

Madrid klub 2018-ci ilin iyul ayında 16 yaşlı hücumçu ilə müqavilə imzalayacaq. Ancaq gənc futbolçu 2019-cu ilə qədər icarə əsasında “Flamenqo”da çıxış edəcək.

İki klub arasındakı razılığa əsasən “Real” bu müddət

ərzində futbolçunu komandaya cəlb etmək hüququna sahib olacaq.

Juniorun transfer qiyməti açıqlanmasa da, İspaniya mətbuatı onun keçidi üçün “Real”ın 45 milyon avro ödəyəcəyini yazıb.

Gənc hücumçu Braziliyada “Yeni Neymar” adlandırılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43