İdman

“Qəbələ” “Trabzonspor”un futbolçusunu pulsuz alır

Türkiyə mediası “Qəbələ”nin “Trabzonspor”un müdafiəçisi Luis İbanezi transfer etmək istədiyi barədə xəbər yayıb.

Fotospor.com saytının yaydığı məlumata görə, baş məşqçisi Ərsun Yanalın komandada görmək istəmədiyi 28 yaşlı argentinalı növbəti 1  mövsümdə  “Qəbələ”də çıxış edə bilər.

L.İbanez Azərbaycanda oynamağa razı olacağı təqdirdə, “Trabzonspor” “Qəbələ”dən icarə haqqı almayacağı iddia edilib.

İbanyes “Boka Xuniors”, “Dinamo” (Zaqreb) və “Srvena Zvezda” kimi klublarda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43