İdman

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibi etmək istəyən ölkələrin siyahısı açıqlanıb

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək istəklərini rəsmən təsdiqləyən milli olimpiya komitələrinin siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, yarışların təşkili üçün 7 ölkə quruma rəsmi müraciət ünvanlayıb.

Avstriya (Qrats), Kanada (Kalqari), Yaponiya (Sapporo), İsveç (Stokholm), İsveçrə (Syon), Türkiyə (Ərzurum) və İtaliya (Milan, Turin və ya Kortina-dAmpetso) olimpiada keçirmək istəyi ilə çıxış edib.b.  

2026-cı il Qış Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edəcək şəhər IOC-un 2019-cu ilin sentyabrında keçiriləcək sessiyasında seçiləcək.

Qeyd edək ki, sonuncu – XXIII Qış Olimpiya Oyunları bu ilin fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçirilib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43