İdman

Millimiz turnir üçün Antalyaya yollanacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

İdmanxeber.com-un məlumatına görə, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.  

Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
23 aprel. Saat 15:00
Yunanıstan – Azərbaycan
 
25 aprel. Saat 17:00
Türkiyə – Azərbaycan
 
27 aprel. Saat 14:00
Gürcüstan – Azərbaycan
Qeyd: Oyunların başlama saatı yerli vaxtla göstərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43