Kateqoriyasız

“Qarabağ”ın oyununu İspaniyalı hakimlər idarə edəcək

“Ferentsvaroş” – “Qarabağ” görüşünün  cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az xəbər verir ki, Budapeştdəkı qarşılaşmanı İspaniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Karlos del Serro olacaq. Ona Xose Naranxo ilə Qonsalo Qonsales köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Migel Anxel Ortis Arias yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 9-da oynanılacaq matç Bakıda vaxtı ilə saat 22:00-da başlayacaq. İlk görüş avqustun 3-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43